Main

BTS SUGA D-2 by Agust D 2020 Vlive - Full [All Subs Available] #HappySUGADay

This is the whole Yoongi Vlive for D-2 by Agust D. I hope you appreciate the video because it took a loong time to upload this hahaa I had to mute every time he played the songs because of copyright issues. Please understand. Enjoy and Subscribe for more :) All Right Administer by BIGHIT Entertainment DISCLAIMER : I do not own this video Vlive link: https://www.vlive.tv/post/1-18241335 #BTS #YOONGI #VLIVE #D2 #D2MIXTAPE #Engsub #YoongiVliveengsub

btslovelyarmys

3 years ago

"Vau" "Aman Allahım" Bu reaksiyaları görürəm. "Otağındasan?" Hə, yataqxanadakı otağımdayam. Birinci dəfədir bunu göstərirəm? Məncə yox. Bu gündən mixtape haqqında danışmağa fürsətim olmayacaq. Bilirsiniz ki, Festa başlayır. Odur ki, Biraz bu haqda danışmaq istədim. Düşündüyümdən erkən başladı. Bundan həzz almaq üçün sizə daha çox vaxt vermək istədim. Yaxşı... Hərhalda Burdayam İstidir. 3 dəqiqəyə danışmağa başlayacağıq. Tezdir? yayıma daha çox insanın daxil olmasını gözləməliyik? Bu gün... Hər ş
eyi izah etməyi düşünmürəm. Yalnızca səhnə arxası? Səhnə arxasındakı olan maraqlı şeylərdən danışacam. Və... Küləyin səsidir? Ola bilər. Bu gün yaxşı gündür, danışarkən biraz malt viskisi içəcəm. Sadəcə birazca. Bu istehsal yeri deyil. Sadəcə bu viskini xoşlayıram. 1 milyona çatanda başlayacam... Və çatdıq. Başlayaq. Sonuncu çıxartdığım mahnıdan 4 il keçib. "D 2" Bu haqda nə düşündünüz? Fikirləriniz nədir? Dəftərimdə tarixlərin hamısı var. İlk öncə... musiqi videosu haqqında danışacağıq. "D-2" h
aqqında. Məndə var... Bu tarixdir? Budur. Bitirəndə sizə deyəcəm. Bitirəndə. Həmişə layihə üçün tarix qeyd edirəm. Qarışdırmaq üçün... Qarışdırmaq üçün yazılı taix var. İlk trek "Moonlight"-ı 2019-cu il sentyabrın 1-i bitirdim. Və ''What do you... Əslində "What do you think" ikinci trek idi. Bunu sonra izah edəcəm. İkinci trek "what do you think?" 2019-cu il sentyabrın 1-i axşam saat 4:07-də bitdi. Beləcə "Moonlight" və "What do you think" mahnılarını yazdım və həmin gün əsas versiyanın səs yaz
masını etdim. "What do you think" üçün çoxlu maraqlı əhvalatlar var. Bunu sonra izah edəcəm. Və üçüncü trek "Strange" olduğunu düşünürəm. Yalnız 1 versiyası var. 2019-cu il avqustun 20-də idi. Səhər saat 4:38-də səs yazmasını etdim. Sübh çağında səs yazmasını etdim. 4-cü trek "28" idi... Oh sözləri dəyişməliyəm. 2019-cu il iyulun 15-də əsas versiyanın səs yazmasını etdim. Səhər saat 3-də. 2019-cu il axşam saat 10:39-da "Burn it" mahnısının səs yazmasını etdim. Sentyabrda həqiqətən çox işlədim.
Çünki bunu sentyabrda çıxarmağa çalışırdım. 6-cı trek "People" idi. Sentyabrın 7-i axşam saat 4:51-də. Növbəti 7-ci trek "Honsool" idi. Sentyabrın 1-i axşam saat 4:47-də. Beləliklə tez bir zamanda "Moonlight", "What do you think" və "Honsool" mahnılarının səs yazmasını etdim. Əsas versiyanın səs yazmasını daha sonra izah edəcəm. Və 10-cu trek. Birdən 7-cidən 10-cuya atladım. "Dear my friend" üçün orijinal başlıq dost biri idi. Sentyabrın 9-u idi. Rep üçün sözlərin hamısıni bitirdim və melodiyas
ını əlavə etdim. Sentyabrın 9-u axşam saat 4:01-də bitdi. Mən... Deyəsən rahat, sakit bir vaxtda əsas versiyaların hamısının səs yazmasını etdim. Sonra "Daechwita" üçün... Dediyim kimi "Daechwita" etdiyim 9-cu trekdir. 2020-ci il martın 29-da bunu bitirdim. "Daechwita"-nı da o vaxt bitirdim. Axşam saat 7:06-da "İnterlude: Set me free" burada yoxdur. Təxminən 2 həftə əvvəl bir şeylər yazmışam. Bunu sentyabrda çıxaracaqdım, amma... O nə idi? Bəzi cədvəllər üst üstə düşdü və səsyazma üzərində işləm
ək üçün vaxtım olmadı, Və mən ''Təslim oluram''! -deyə düşünüb onu təxirə saldım. Lakin heçnə kəskin şumlanmadı (dəyişikliyə uğramadı. Məncə hardasa "şumlanmışdır" ifadəsini işlətdim. ''D2''mixtape-i üçün demək olar ki bütün mahnılarda heç bir dəyişikliyə uğramayan ilkin versiya istifadə etdik. Mahnıların bəzilərinə qismən dəyişiklik edilmişdi, Lakin mən, daha sonra mahnılara qulaq asanda nə baş verdi izah edəcəm. ''Daechwita'', Olduqca təzə idi. Keçən il... Beatlər... Beatləri edən...yox, g
əlin bu hekayələr haqda sonra danışaq. Əvvəlcə mahnıları dinləyək. Son variant haqqında ... Qarışım haqqında danışıramsa Bölüşmək üçün həqiqətən yaxşı bir lətifəm var. Ancaq mən bu versiyanı əldə etdiyim zamanı əsas götürərək danışacağam. Son əsas versiyasını 16 mayda aldım. 16 May. Buraxılışdan 6 gün əvvəl idi. Son əsas versiya. Birinci "Moonlight" Qulaq asaq. Bu kifayət qədər yüksəkdirmi? Necə səslənir? Səs səviyyəsini qaldırmalıyam? Səs haqqında nə düşünürsüz? Neçə trek daxil edəcəyimi bilird
im. Səs yaxşıdır? Yaxşı. Mən... Bu treki yazdım çünki, Mən... Bu hardadır? Vlive-də idim. Buna görə balıqçı geyimi geyindim. Vlive edirdim. Şou ərzində demo versiyasını çaldım və reaksiya... Hey. Bu nədir? Əlbəttə ki, biraz aranjeman etmək üçün göndərməli idim, amma deyəsən insanlar bunu tamamilə bəyənirlər. Beləcə tezliklə qayıtdım, 1-ci versiyanı yazdım. Birinci versiya həqiqətən tez bitdi. Sözləri kimi. Bu tezliklə bitdiyi üçün ikinci versiyanı bitirmək çox vaxt almadı. Odur ki mahnı sözlərin
ə sadəcə bunu yazdım. Bunu analiz etməyəcəm, ya da xüsusilə izah etməyəcəm. Bunu etmək istəmirəm, ona görə də ancaq səhnə arxasında olan maraqlı hadisələri danışacam. Rep üçün əsas versiyanı istifadə etdim. Bu mahnı üçün repin əsas versiyalarının bütün səs yazmalarından istifadə etdim. Vokallar üçün qeyd etdiyim kimi bilirsiniz.. Bu nə vaxt idi? Sentyabrın 1-i. 2019-cu il sentyabrın 1-dən, Treklər üzərində işləyə bilmədim. "Map of the Soul: 7" albomu üzərində işlədim. Beləcə bunun üzərində işləm
əyə vaxtım olmurdu. Və o zaman çıxarılsaydı "Daechwita" olmayacaqdı. Heç cür. Sentyabrın 1-dən 22 may 2020-ci ildə çıxarmaq üçün oxuma tərzimi dəyişdim, beləcə biz biraz vokalların görünüşünə toxunmalı olduq. Bunu xatırlayıram. "Moonlight" üçün başqa nə maraqlı hadisə var? Sözlərdə həqiqətən bəyəndiyim hissələr var. "Hər kəsin həyatında dəyişikliklər olur". "Bəlkə də dəyişmə tərzimiz öz üzərimizə götürdüyümüz işlə əlaqədardır" Bu mahnıdakı sözlərin bir hissəsini çox bəyənirəm. Dəyişiklilər hər
kəs üçün qaçınılmazdır. Sadəcə necə dəyişdiyimiz vacibdir. Axırıncı "Daechwita"-nı edəcəm? "Daechwita"-nı edəcəm? Musiqi videosu ilə bu haqda danışmaq? Nə düşünürsünüz? Elədir! Elədir! "Moonlight"-dan bölüşəcəyimiz maraqlı bir hadisə var. Başlanğıc hissəyə neçə mahnı qoyacağımı bilmirdim. Zarafatsız bunu etmək üçün çox fikirləşdim. Əvvəlcə bunu üzvlərə çalanda... RM və J-hope üçün çaldım və onlar "bu nədir?" dedilər. "Niyə, niyə? Qəribədir?" deyə soruşdum. O getdi, "Oh" Düşündüm ki yaxşı deyil?
Üzərinə böyük məna yükləmədim. Sentyabrın 1-də tamamladığımı deyirəm. Beləcə ilk versiya əvvəl edilmişdi. Məncə səhər çağı idi. Melodiya ilə birlikdə. Giriş, söbhət, rep və melodiya etmişdim. Sadəcə ikinci versiya yox idi. Bir dəfə səhər erkəndən... Hərhalda onun üçün əsas vokalı düzəltdim. O vaxt... Sonra "Honsool" adlı mahnı haqqında danışacağıq, amma tək içirdim. Sözləri yazdım və səs yazmasını etdim. Yaxşı... Səhnə arxası bir əhvalatım var. "Moonlight" Bunu sonuna qədər qoyub-qoymayacağım h
aqqında çox düşündüm. "Bununla nə edim?" "Etməliyəm? Yoxsa yox?" Başlanğıcdan söyüşlə başlasam çox vulqar səslənməz ki? Bir anlıq buna görə narahat oldum. Sadəcə bir anlıq... Onu qarışdıranda orada idi. O hissə orada idi. Hər bir halda, "Daechwita" musiqi videosu haqqında danışmaqla qapanacaq. İndilik "What do you think" ilə davam edək. Rəyləri oxuyuram. Səs çoxdur? Belə yaxşıdır? Mahnı adını ilk öncə nə qoymaq istəyirdim? İlk öncə... Keçən sentyabrda bitsəydi, "What do you think" və "Burn it" ü
çün musiqi videoları çəkəcəkdim. Əslində, bu mahnını qoyub-qoymamağı düşündüm. Həqiqətən bu mahnı ilə mübarizə apardım. Əslində bunu yazanda... Bu sözləri... Bunun 3/4-ünü yazmışdım, hə? Amma o... Bu nə vaxt idi? 2018-ci ilin yanvarı. Fevral. Məncə təxminən o vaxt idi. O vaxt... Düşünürəm ki o vaxt məni qəzəblə dolduran bir şey var idi. Dəqiq xatırlaya bilmirəm. Amma məlumatınız olsun ki bu mahnı bir neçə dəfə təkrar yazıldı. Dürüst olsaq... Elə də çox qəzəb hissi keçirmirəm Hətta artıq heç keç
irmirəm. Buna görə də bunu qoyub qoymamaq üzərində çox düşündüm Və... İlk öncə, bunları götürürük... 10 mahnı da yazıldıqdan sonra yazdığım bu mahnıları götürürəm. Və onları şirkətimdəki insanlara beləcə oxuyuram. Bunu onlar üçün oxutmuram, amma onlara məlumat göndərirəm. Sonra şirkətimdəki insanlar sözlərə nəzər saldılar və getdilər... "Bir saniyə gözlə... Bunu edə bilərik?" Bunun kimi. Və müxtəlif şöbələr olmalıdır, hə? Belə işlərlə məşğul olan şöbələr Onlar bizim sözlərin hamısını edə bilməyə
cəyimizi deyirlər. Amma PD Bang mənə dedi ki, "sadəcə istədiyin şeyi et", belə... Olduqca nəzərdən keçirildi. Və... İlk əvvəl sözlər daha güclü idi. Amma indi həmin şeyi hiss etmirəm. Albom o vaxt çıxsaydı? Bilmirəm. Keçən avqust və ya sentyabrda çıxsaydı, onda... Yaxşı, bununla davam edə bilərdim. 2018-ci ilin yanvarı idi? 2019-cu ilin yanvarı? Hərhalda, o vaxt yazılıb... Yox. Yox. Məncə təxminən 2018-ci ilin fevralı idi. Və sözləri yenidən yazmasaydım, yaxşı... Bu haqda danışmaq belə istəmirəm
. Olduqca böyük şok olardı. Onları çıxarmasaydım əgər? Onda bu... Olduqca böyük bir şok, olardı. Və bir dəfə, bu nə idi? Bu... İlk dəfə üzvlərə çalanda bunu bəyəndilər, ''Daha əvvəl bunu hardasa eşitmişəm'' dedilər. ''Bu ola bilməz - deyə düşündüm. Amma məlum oldu ki, bunu onlara daha əvvəl də çalmışam. Üzvlərə Amma onda bu daha çox "What do you think?" kimi idi. Bu nəyə bənzəyirdi, onlar elə bil ki... "What do you think / Nə düşünürsən?" nə deməkdir? Məncə bundan danışdıq. İlk öncə... Belə, bi
rinci əsas səsyazma... Onun üçün rep də həmçinin... Əsas versiyada olduğu kimi istifadə edildi. Yalnızca yenidən yazılan hissələr yoxlanıldı. Qarmağın bir az boşalmasına imkan verdim. Əvəllər o daha kəskin ifadə olunmuşdu. Hal-hazırda hiss etdiyim nöqteyi-nəzərdən, həqiqətən əsəbiləşməli bir şey yoxdur. Kiməsə hirslənmək üçün hər hansı bir səbəbim yoxdur. İndi.. Sadəcə... Biraz... Sadəcə biraz atmaq yaxşıdır. Və albomda 10 mahnı olacağına əmin olmaq istədim. Buna görə də əvvəlcə 8-i var idi. Onl
ardan biri skit olmalı idi, digəri isə instrumental... ''Interlude'' yazmaq barəsində düşündüm. Belə ki, ''Daechwita'' və ''Set me free'' lap əvvəldən orada yox idi. Odur ki, 10 mahnı edirdi COVID-19-un gətirdiyi uğur COVID-19-a görə yox, lakin onun sayəsində... ''Daechwita'' adlı mahnımız var. Hələ də turda olsaydıq, musiqi videosunu çəkə bilməzdim. Növbəti... "Strange" Yaxşıdır? Təşəkkür edirəm. Elə də yaxşı görə bilmirəm. Günorta yeməyində nə yedim? Kimchi qızarıldılmış düyü "Strange" "Stran
ge" Əsas orijinal repi istifadə etdim. Yeni əsas... məsələ heç bir iş görməməyim deyil. Cəhd etdim lakin yaxşı alınmadı, ona görə də ilkin versiyanı istifadə etdim. Heç bir şəkildə işlədə bilmədim. Səhnə arxasında... Əsas hissə bunun kimi idi. RM dediyi kimi, Dedim ki, "RM, xahiş edirəm, ingilis dilində sözlər yaz" "Hər şey tozda" "Nə görürsən?" "Hər şey tozda. Nə görürsən?" Onlardan ancaq 2 sətri mənə verdi. Oh və "yaxşı yaxşı yaxşı". "Bundan artıq heçnə edə bilmirəm" Odur ki mən də, "İstirahət
imdən həzz alacam" -dedim. Bir versiya yazdım və 2-ci versiyanı özüm yazıb-yazmamağım barədə düşünürdüm və eləcə, rep hissəsini də... Rep hissəsini dəyişmək istədim. Buna görə müəyyən namizədlər düşündüm. Və belə şeyləri yazmağı bacaran 2 insan ağlıma gəldi. Biri Tablo idi. Digəri isə RM idi. Amma Niyə Tablodan xahiş etməyib, birbaşa RM-in yanına getdim, çünki yaxşı iş görə biləcəyini düşündüm. Və o həm də çox möhkəm bir mövqeyə sahib idi. Bu mahnını müzakirə edəndə və mövzunun nə olduğunu soruş
anda sadəcə ona sözləri göndərdim. Və ağlına nə gəlsə onu yaz dedim. Dedi ki, "Alınmasa, bunu yazmaq üçün birini də tapa bilərsən" Tur cədvəlimizin... tamamilə ləğv edildiyi vaxt idi. Ona görə o belə dedi, "bizim etməyə çox işimiz yoxdur", "bunun üzərində işləyə bilərəm". Əvvəlcə, o çox yüklənmiş kimi görünürdü. "Strange"-in sözləri üzərində işləməyə başlayanda. Buna görə ondan nə baş verdiyini soruşdum, və səbəbi... Bəzi insanlar belə düşünə bilər ki... Hmm... Bəzi insanlar düşünə bilər ki...
Yox, gözləyin. Bu o deyil. Hüquqları olan birinin bu cür şeylər haqqında danışmağının düzgün olub olmadığını soruşdu. Və mən ona bunu mahnının sözlərində yaza biləcəyini dedim. Bizim hamımızın etməli olduğu şey sual verməkdir. Şərh isə dinləyicilərə aiddir. Buna görə də koreyaca başlıq bu cür bitdi. Cavabın olub olmadığını soruşur. Sözlər doğrudan da yaxşı alındı. "Dairəvi bir mismar kvadrat boşluğa batdı" Bu sadəcə RM-in yaza biləcəyi bir şey idi. Bu sözləri oxuyanda çox heyrətləndim. Onun d
oğrudan da yaxşı iş çıxardığını düşündüm. Və ondan bunu istəməklə mən də yaxşı iş gördüm. Düşündüklərim budur. Və sonuncu bənd. Sonluğu o oxumalı idi amma bu o qədər də yaxşı alınmadı. Ona görə "Son bəndi mən oxuya bilərəm?" deyə soruşdum. Və o "Bu sənin mahnındır, səndən asılıdır" dedi. Bu da başqa bir səhnə arxası söhbəti idi. Növbəti. "28". Mahnının başlığı ilk əvvəl "Mən yetkin olmalıyam" mənasını verirdi. Və bu mahnı... Bu mahnını doğrudan da Uzun müddət bundan əvvəl yazmışam. Bu mahnını
biz tur zamanı oteldə olarkən yazmışam. Çox güman ki bu mahnı haqqında "Honsool"-dan bəhs etdikdən sonra danışacam amma turda oluğum müddət ərzində çətinliklə yatırdım. Yuxuya getməkdə çətinlik çəkirdim. Saat fərqi olduğu üçün. Bədənimin bunu tənzimləməsi uzun zaman tələb edir və mən bunu təzimlədiyim zaman evə geri qayıtdım. Və o gün mən digər gecələrdə olduğu kimi yata bilmədim. Və otel otağında mini-barda içki içdim. Adətən, otel otağında gəzdiyim zaman pərdələri cəld bağlayıram. Və gizlic
ə çölə baxıram və bu düşüncələr birdən ağlıma gəldi və bu mahnını yazdım. Amma əlbəttə bunu təkrar təkrar səs yazmasını etdim. Bu mahnı üçün əsas versiya... Biz xaricə gedəndə, mən özümlə kiçik portativ mikrofon götürürəm. Bu böyüklükdə. Onun doğrudan da qiymətinə görə yaxşı keyfiyyəti var. Və çox yüngüldür. Və başqa bir səs avadanlığına ehtiyacım olmur. Buna görə onu özümlə daşıyıram amma istifadə edə bilmirəm. Odur ki onun səsyazmasını yenidən etməli oldum. 10 mahnının bir dənəsini belə kim
sə mənim üçün yaza bilmədi. Onların hamısının sısyazmasını özüm etdim. Və... Başlıca qaydaya əsasən... Səsyazma avadanlığı Apollo-dan idi. Mən onların səs interfeysindən istifadə edirəm. Fikir vermirəm. Bu Apollo səs interfeysi ilə Universal audiodur. Və mikrofon olaraq Never 1073 istifadə edirəm. təzyiq üçün isə LA2A istifadə edirəm. Və Sony-dən C-800G mikrofonunu istifadə edirəm. Səsyazma zamanı bu kobinasiyadan istifadə edirəm. Onların hamısını mən özüm yazdım. Əlbəttə, mix üçün onları çox
kəsdim. Space bara (aralıq düyməsi) basaraq... Siz güman edirsiniz ki qeyd et düyməsinə basılır və dayanmaq istədiyin vaxt space bara basılır. Amma mənim səsim space bara basdığım zaman da qeyd edildi. Və miks mərhələsində onu kəsməli oldum. Və bəzən, bunu edə bilmədim və orada qaldı. Amma bunu eşidə biləcəyinizi düşünmürəm. Mən eşidə bilirəm amma... NiiHWA ilə əlaqəyə keçmək doğrudan da maraqlı proses idi. Mahnı üçün bir R&B vokalistinə ehtiyacım var idi və mən... Pdogg-dan soruşan zaman...
Kimlə əlaqə quracağım haqqında, və təklif üçün A&R qrupundan soruşan zaman, onlar doğrudan da... Xüsusilə də A&R üzvlərindən soruşan zaman, namizədlər tamamilə eyni idi. Ona görə... Üzlərin yeni kombinasiya tərzini istədim. Və əgər mümkün olsaydı, yeni başlayan birini tapmaq istəyirdim. O mənə dedi ki, "Bu adamın çox yaxşı olduğunu eşitmişəm, ona qulaq asmaq istəyirsən?" Və onun musiqisini eşidən kimi onunla birlikdə işləyəcəm dedim. Və biz danışdıqdan sonra, o Slow Rabbit, Dohyoung-un getdiyi
eyni məktəbdən məzun oldu. Buna görə onla əlaqə qurmaq daha rahat idi və biz mahnı üzərində işləyən zaman çox əyləndik. Əlbəttə, mən onu şəxsən heç vaxt görməmişəm. Onu görə bilmədim. Əgər şansımız olsaydı, Bəzən onu dadlı yeməklərə qonaq etmək istərdim. Növbəti, gəlin "Burn it"-ə keçək. "Burn it". Əla səsdir. "burn it", "burn it". Bu beat 2017-də yaradılıb... Ola bilər. Məncə bu 2018-in əvvəlləri ya da 2017-nin sonlarında yaradılıb. Yox, məncə 2018-də. Çünki mən "Seesaw"-u yazanda bu yaradıl
mışdı. Bunu yazanda, Birinci bənd artıq axın yaratmışdı və melodiya da bitmişdi. Düşündüm ki, nə olur olsun, Nə olur olsun, bu mahnı Amerikan müğənnisinə uyğundur. Ona görə də mən təkrar-təkrar müğənni axtarırdım. Və MAX-ın bu mahnıya çox uyğun olduğunu düşünüb ondan xahiş etdim. Və o 3 açarı mənim göndərdiyimdən daha yüksək pərdəyə dəyişdi. Ona görə bu transpozisiya qrafikinə əsasən +6 oldu. Əvvəlcə bir az təəccübləndim, bəlkə də yanlış melodiya yazdığımı düşündüm. Mən +3 deyəndə, bu pərdə də
yişmə qrafikinə görə bir və yarım addım yüksək deməkdir. Ona görə də mənim ona göndərdiyim təklif +3 idi. Və O bunu yanlış anlayıb 3 pərdə yüksək yazmışdı. Belə bir şey baş verdi. Bu +3 ola bilməz. Və sonra onu 3 pərdə yuxarı yazdığımızı anladım. Mən onu fərqli pərdələrdə yazmağa çalışdım. Mən +6, +5, +4 və +7 sınadım. Onların arasından birini seçməli idim. Mənə görə, MAX-ın səsini 3 pərdə yüksək versiyada sevdim. Mənim sevimli sözlərim buradakılardır, "İstəkli olmaq üçün məcbur edilirmirsən?"
"Əsl niyyətlər sözü ilə diqqətli ol". "Qorxma". Bu sətirləri sevirəm. Və sonra "alovlandır"... Məncə MAX ən yaxşısıdır. O bunun üzərində çox çalışdı. Rep hissəsində xor var. "İçimdəki səs". Bu hissə... Bu hissəni yazan zaman o bu sözün Koreya dilində necə tələffüz edildiyini öyrəndi. Hətta akustik versiya olsa belə, o bunu Koreyalı kimi səsləndirdi. Buna görə onun hisslərindən çox təsirləndim. Nəysə, təşəkkürlər, MAX. Hörmətlə. Çox minnətdaram. Və başqa nə... Mix zamanı mahnını bir neçə dəfə də
yişdirdik. Faylda yazılan "KR REV5"-in mənası, bunu mix zamanı 5 dəfə dəyişdirdiyimizi göstərir. Ah, bu "KL REV5"-dir. KL-nın mənası mix zamanı bizə kömək edən Ken Lewis-in adıdır. Belə ki, o bunu 5 dəfə dəyişdirib. Növbəti "People". Bildirişlərə nəzər salsaq çox insanın bu mahnını daha çox sevdiyini gördük. Bu doğrudan da bu günlərdə çox təsirlidir. "People". Burada ritmlər arasında, "Honsool" və "People" daha köhnələrdir. Hələ də xatırlayıram, bizim albom üçün solo mahnılar yazdığımız zaman
idi. Yəni, "Seesaw"-dan əvvəl solo mahnılar yazırdıq. "First Love"-ı etdiyimiz zamanlar idi. Başqaları üçün də ritm yaradırdım. Və bu o vaxt yaratdıqlarımdan biridir. Məncə bu Jimin üçün idi. Nəysə... Nəticə etibarilə onu alboma daxil edə bilmədim. Və bu mahnının çıxışı 4 il vaxt tələb etdi. Bu ritmin çıxışı 4 il çəkdi. Bu duet üçün bir müğənni tələb edirdi. Amma olmadı. Bu bir az utandırıcıdır. Duet üçün üçün biri var idi. Amma təssüf ki, alınmadı. Nəticədə, mənim ilkin versiyam bu mahnı üçün
istifadə edilir. Bunun üçün ilkin ver rep də yazdım. Bunu demək olar ki, tamamilə yeni versiyada səsyazma etdim. Əslində, mən bütün ilkin versiyaları qeydə aldım. Amma onlar belə səslənmirdi. Bu səsyazma mahnını yazdıqdan sonra qeyd etdiklərim arasında ən yaxşısıdır. Bunu yazan kimi, oxumaq üçün hazır idim çünki mən artıq bu mahnını yazdığım müddətdə oxuyurdum. Ona görə... Burada bu cür sözlər çox var. Nəysə... Növbəti "Honsool"-dur (Tənha içmək) "Niyə çox kefsiz görünürsən, Suga?" Kefsiz d
eyiləm. Mən çox... İndi çox yaxşı hiss edirəm. "Arxandakı kimdir?" Arxamdakı ARMY-dir. Çox təskinedicidir. "Viskinə buz qoymursan?" Yox, qoymuram. Sadəcə təmiz içirəm və bu onun üçün olan stəkandır Belə daha dadlıdır. "Nə vaxt bu mahnıları yazmağa başladın?" 13 yaşım olanda başladım. Həyatımın yarıdan çoxunu musiqi bəstələmişəm. Hə. Əslində, "Honsool"-u yazan zaman sözün həqiqi mənasında tənha içirdim. O gün çox içdim. Mahnını yazanda, az içdiyimi düşündüm. Jet lag (saat fərqi səbəbilə yaranan
narahatlıq) var idi və güman edirdim ki, Koreyaya qayıtdıqdan sonra istirahət edəcəm amma edə bilmədik. Yatmaqda çətinlik çəkirdim. Ona görə həmin gün, tək içən zaman erkəndən yata bilməyim üçün dua etdim. Amma yata bilmədim, ona görə də bu mahnını yazdım. Bu mahnı haqqında reaksiyaları alan zaman insanlar onun ürpərtici olduğunu deyirdilər. Deyirdilər ki, bu mahnı onlara pis hiss etdirir. Və bu mənim niyyətim idi. Ona görə çox qürurlu idim. Məncə bu mahnı üçün də ilkin versiyadan istifadə
etdim. Bu sentyabrın 1-də çıxıb. Ah yox, sentyabrın 1-də hazır edilib. 1-ci bənd tamamlanmıştı amma 2-ci yox. A&R komandası son tarixi saxlamaq üçün mənə təkan verirdi. Ona görə mən dedim ki, "Yaxşı amma", "bəs mən vaxt qrafiki ilə tanış olmasam necə?" Onlar dedilər ki, "Ah, sən daha yaxşı saxlayarsan". Başqa yol yoxdur... Bunun nə qədər uzun çəkdiyini bilə bilməzsiniz. Növbəti gün və ya ondan sonrakı gün bitirə bilərəm. Ya da, 10 gündən çox çəkə bilər. Buna görə həmişə studiyaya gəldim. Bura
da film izləyirəm. Oyun oynayıram. Kitab oxuyub, yemək yeyirəm, ilham gəlməyini gözləyirəm. Gələn zaman isə hər şey daha asan olur. Sadəcə gözləmək uzun vaxt aparır. "Honsool" üçün bir səhnə arxası hekayə olduğunu düşünmürəm. Növbəti "Interlude: Set me free". Bu yazdığım son mahnıdır. Bunu alboma qoymaq istəmirdim. Amma PD Bang "Vokal təsir edicidir" deyərək bunu tövsiyyə etdi. "İndi studiyadasan?" Yox, yox. Bu mənim otağımdır. Sevimli viski markan? Bütün növ tək maltaları sevirəm. Dumanlı və
torflu bir şeylər sevirəm amma bu sadəcə yemək kimidir. Adora bu mahnının xor hissəsini oxuyur. Əslində,buranı instrumental etməyi planlaşdırırdım. Amma bu mahnının bitirdiyim və "Dear my friend"-in mixini gözlədiyim gecə... Digər mixlər hamısı bitdi. Və mən studiyada yaxşı akkord yaratdım. Ona görə... İlk öncə, mən... Gülməli olan nədir bilirsiniz, melodiya və ya rep yazdığım zaman, Mən sadəcə... Bu kobud sözlər adlanır. Mən sadəcə kobud sözlər yazdım. Və bəzən bəzi parlaq şeylər də oldu. Bu
"Daechwita"da da oldu "Set me free" Səs yazma işarəsini basıb nümunə versiyanı oxumağa başlayanda musiqi ağlıma gəlir. Belə olur Eyni şey "What do you think" və "Daechwita"-da da oldu. Möhtəşəm andır. "Set me free"... Nəysə, bundan sonra qalan hissəni də yazdım və P-dogg redaktə işində mənə kömək etdi. "İnterlude-Set me free"ni bu şəkildə etdik. Növbəti "Dear my friend" Bu mahnının melodiyasını yazanda vokalist Kim Jong Wanı düşünürdüm. nümunə versiyanı Jungkook oxudu. Onun nümunə versiyası bu
komputerdədir. "Bu mahnı kədərlidir. Niyə?" Kədərli deyil. "Xahiş edirəm, Jungkookun versiyasını oxut" Buradadır. Əsl adı "Dost"dur. Ancaq eyni ad "7" albomunda istifadə olunub. "Çox inkişaf etmisən. Vokal dərsləri almısan?" Kim Yeonwoo mənə dərs deyib. Mənə məsləhət gördü ki "Çoxlu məşq et" "Yaxşı'' dedim və təklikdə çoxlu məşq etdim. Dərs zamanı sanki o qarşımda kiçik konsert verirdi. O çox... O çox istedadlı müğənnidir. Ondan soruşdum ki "Necə sizin kimi yaxşı oxuya bilərəm?" Dedi ki "Çoxlu
oxu". Mən də "yaxşı" dedim. Bunu xatırlayıram. Odur ki, özüm oxuyub məşq etdim. Köhnə mahnılardan başladım "Sadəcə sənin üçün konsert". Düzdür. Sanki konsertdə idim. Yanımda Freddie Mercurynin mahnısını oxuyurdu. "Still, as always" VLIVEnı izləmisən?"" İzləməmişəm, ancaq nə etdiklərini bilirəm. Mənim nümunə versiyam sanki... Sözləri yazıb Kim Jonga verdim. Dedim ki "Bu mahnını... uzun müddətdir yazıram" "Çox uzun müddətdir" Gözləyin. Gözləyin. Məndə Jungkook oxuyan versiya var? Ehtimal ki. Bu m
ahnını yazanda bilirdim ki mixtapede sonuncu mahnı olacaq. Nə qədər mahnı olur olsun fərqi yoxdur, bu sonuncu olacaq. Yekun mahnısı olmağını istədim, ona görə bu cür etdim. Sonda güclü hisslər olmağını istədim. Kim Jong Wan dedi ki, bunun kiçik olmasını istəyir. Ortaq nöqtə tapdıq. Təkcə sonuncu hissə üçün çox güclü oxumağını istədim. O da etdi. Bu mənim nümunə versiyam olmalıdır. Oh, yox Jungkookundur. Qoyun sizin üçün oxudum. Mənimkini dinlədə bilmirəm. Mənimki yaxşı deyil. Belədir. Nümunə
versiyasında mızıldama hissəsi var Redaktə olunmuş versiyada da var ancaq son versiya üçün həmin yer xorla əvəz olundu. və "Daechwita" "Daechwita"nın çoxlu gülməli səhnə arxası var. Tətildə olarkən yazdım. Bon Voyage-ı çəkməmişdən əvvəl uzun tətilə çıxdıq. 1 ay yarım idi Çoxlu şey etmək üçün vaxtım olmadı, əvvəlki işlərimi nəzərdən keçirdim. "Daechwita"nı nümunə olaraq götürdüm və üzərində işlədim. (Koreya milli musiqisi) Üzərində işlədim və məlumat üçün paylaşdım. İşləməyə davam etdim. "Daechw
ita" haqqında əvvəllər də bilirdim. Uşaq olanda bu musiqini sinifdə öyrənmişdim. Bu kral və ya ordunun keçidi zamanı istifadə olunan musiqidir. Ona görə də bunu BTS və ARMY ilə əlaqələndirdim. İlk olaraq yaxşı olduğunu düşündüm. Çünki kral üçün istifadə olunan musiqidir. Bu şəkildə mahnı üzərində işləməyə başladım. Bilirsiniz də, mahnıya tələ qoydum. Qoyun nümunə göstərim Əgər evdə tarakan görsəniz tələ qoyursunuz. Məsələn həşərat zəhəri. Sonra tarakan gəlir və orada ölür. "Daechwita" zəhər idi.
"what do you think" və "Daechwita" tələdir. Məncə müəyyən insanlar heç vaxt öyrənmir. Başa düşmürəm. Onlar əmişə tələyə düşür. Onlara gülürəm. Gəlin "Daechwita"ya qulaq asaq və bir az ondan danışaq. Əslində heç bir musiqi aləti başlıqda istifadə olunmur. Eşikağası "Gəlin mahnı oxuyaq" deyəndə musiqi başlayır. Hətta Koreya çalğıları belə işləmir. Bir neçə Koreya çalğılarını qoymuşam. Görmə qabiliyyətim biraz zəifləyib. Dediyim o tələlərdə tələyə düşən insanlar heç vaxt necə düşməyəcəklərini öy
rənə bilmirlər. Hər dəfə tələyə düşürlər və şikayət edirlər. Hətta "Ddaeng"də belə yazdım "Musiqim p*x kimidir əzizim" Onları həqiqətən başa düşmürəm. Nəysə, "Daechwita" səhnə arxası belə idi nümunə versiyada olan eyni tələni istifadə etdim. Rep hissəsini yazmaqda çox çətinlik çəkdim. Ona görə də "People"ın sözlərini ayın 29-da bitirdim. Tarix yadda qalan idi. Ona görə mahnının mayda çıxmasına qərar verildi. Əsl çıxma tarixi 29 may idi. Ancaq sonradan başa düşdük ki, gec etsək Festaya yaxın
tarixə düşəcək. Ona görə ayın 20sinə qərar verdik. Dedik ki, gəlin 1 həftə əvvəl edək. Odur ki, planlaşdırdığımız kimi hərəkət etdik. "D-7" ilə başladıq. "Daechwita"nı bitirərkən çətin vaxtlar keçirtdim. Digər mahnıları mix olunması üçün göndərirdim və s. Ancaq "Daechwita" olduğu kimi qalırdı. Gedişat... Qarışıq sözlər və rep hissəsi tamamlanmışdı və bir də ritm hissəsi tamamlanmışdı. Sonra A&R işçi heyəti soruşdu ki "Bunu nə vaxta qurtara bilərsən?" Cavab verdim ki "Məncə bu mahnı çıxmayacaq.
Ancaq sizə nə vaxta lazımdır?" "buna görə bunu belə və belə verməlisən" "O vaxta kimi hazır edə biləcəyimi düşünmürəm" Amma onda biraz vaxt verdilər mənə. Təxminən 10-12 gün. Onlar dedilər ki, "əvvəlcə bunu verməlisən". Buna görə də onlara"bu haqda düşünəcəm" dedim. Amma ağlıma heç nə gəlmirdi. "Gələcək. Edəcəyinə inan" kimi şeylər deyirdim. "İnana bilmirdim?" Belə idim. Və bundan 2 gün sonra bitirdim. Bütün repi. Hamısını bir anda. "Bu nədir? Dedin ki, gec çıxacaq. Gecikəcəyini dedin" dedilər.
"Amma gəldi". Belə bir maraqlı hadisə idi. Və başqa bir səhnə arxası epizod isə mix üçün son mahnı idi. Şirkətimizdə Yangara adı altında mühəndis işləyən Changwon adlı qardaş var. Mixi O etdi. O bu birini, "People"-ı və birini daha etdi... Məncə sonuncusu "28" idi. Hə, hə Bu üçü şirkətdə mix edildi. Amma eyni binada başqa bir ofisdə COVİD-19 virusuna tutulduğu təsdiqlənən biri var idi. Buna görə də mahnıların mix edilməsinin ortasında onlardan dezinfeksiya edilməsi üçün binanı boşaltmaqları is
tənildi. Çox güman ki "D-7" tizeri çıxanda idi. Hə. Məncə həmin gün idi. Ondan əvvəlki gün idi? Bunu mənə niyə edirsiniz kimi düşündüm. Bunu niyə mənə edirsiniz? Problemlərlə qarşılaşmağım nə dərəcədə böyük uğur ola bilər? Belə idi, amma xoşbəxtlikdən çıxmazdan 2-3 gün əvvəl dezinfeksiya işləri edildi və bir anlıq... O nə idi? A&R-dən bir heyət və iki mühəndis məlumat almaq üçün gəldilər və qarışımı bitirdilər. Və musiqi videosu. "Daechwita" musiqi videosunun necə düzəldildiyi haqqında danışaq.
İlk öncə... İlk öncə... Dediyim kimi keçən Sentyabr çıxsaydı "Daechwita" olmayacaqdı. Və bu "Daechwita" "Ugh" ilə son hissədə üst-üstə düşürdü. Bu ikisi mübarizə apardılar. Çəngəli olan "Daechwita" üçün ritm və uyğun olmayan "UGH!" üçün ritm. Və "UGH!" seçildi, buna görə də onunla davam etdik. Amma o vaxt "Daechwita"-nı seçsəydik, onun üçün musiqi videomuz olmayacaqdı. Bunun sayəsində... Şirkətdən "bu yaxşıdırsa. niyə istifadə etmirik?" soruşanda mənə dedilər ki, "Məncə, biz bir az çox Gugak
etdik. Ddaeng və hamısı ilə." Dərhal onları anladım. İlk dəfə musiqi videosu üçün görüşəndə təxminən 8-9 insan var idi. Və ilk dəfə o zaman musiqi videosunun rejissoru üçün mahnını oxutdurdum. Onda heç bir söz yox idi. Əlbəttə ki, bu musiqiləri xarici platformlardan ala bilərsiniz, amma bunlar eyni vaxtda azad şəkildə yayılmış mahnılardır. Buna görə də nə etməyimlə mübarizə apardım. İstehsal dəyəri ilə bağlı bəzi fikirlər də düşünürəm. Bu... "Bununla nə edirik?" kimi düşünürəm. İlk başda bəy
əndik, "Gəlin bunu ucuza edək" Zarafatcasına. İlk görüşdən əvvəl "Gəlin bunu ucuza edək" ilə getdik. Amma görüş vaxtı bu oldu, "Yox. Nə olur olsun bu dorama tərzində çəkilməlidir" Çox güman ki, belədir, çünki bunu eşitdim, digər şöbədən heyət... Onsuzda indi bu trend haldır. Bunun kimi çox minimal musiqi videoları düzəltmək. İzlədikdə biləcəksiniz, amma... Hətta bəziləri evdə çəkir. Bir az sadələşdirmək üçün bir növ trenddir bu. Nə olur olsun, dorama tərzində dekorasiya etməkləri haqda danışdım.
Musiqini onlar üçün çaldım. Onda dedim ki, "Bu həqiqətən də əlavə etmək istədiyim səhnədir" Bu ilk giriş səhnəsidir. Həmin vaxt gecə istədim... Nəyisə xəyal etməyə başlayanda başımda çoxlu, müxtəlif şəkillər yaradıram. Ona görə də ağlıma fikirlər gələndə onlar getdikcə bu cür böyüyür. Ağlıma çoxlu ideyalar gəlir və onları nizama salmaq istəyirəm. "Əmrlər zəngi çalmaq və Daechwitanı başlatmaqdır" hissəsində etmək istədiyim şey arxamca qanlı qılıncı sürüyərək oturmaq idi. Taxtda. və etmək istəd
iyim digər şeylər keçmiş və gələcəklə bağlı idi. Həmin gün keçmiş və gələcəyi göstərmək haqqında çoxlu danışdım. Rejissor dinlədikdən sonra mahnının çoxlu variantlarının olduğunu və əyləncəli olduğunu bildirdi. O bildirdi ki, bu mahnıdan əyləncəli nəsə edə bilərik. Mənə birinci bu şəkildə gəldi. Ssenari üçün hekayələrin ardıcıllığı olan sənəd. Hadisələr tərsinə idi. Mənim yeriməyimlə başlayırdı. Əslində, başımda kvadrat qutu yox idi. Əslində qutunu bədənimdə gizlətməli idim, sonra göstərmək
üçün çıxaracaqdım. Lakin, sonradan bu hekayə ilə bir növ ziddiyyət təşkil etdi. Əgər bu qədər dərinə getsəydik, bədənimdə qutunu axtara bilməyəcəkdim. Sonra rejissor qutunu başıma taxmağımı istədi. İlk başda hər ikisini sarı saçla etmək istədim. Birinci Agust D üçün D-1 adlanırdı, hə? D-1də sarışın olduğum üçün düşündüm ki, bu simvolik rəngdir. Ona görə hər iki layihədə sarı saçı seçdim. Lakin həmin gün saçımın rəngini dəyişməyə getdim. Onlara "Saçımı qara edin, zəhmət olmazsa" dedim. Soruşdul
ar ki "Niyə?" Dedim ki, onlar arasındakı fərqi göstərmək istəyirəm. və Rejissor maşın sürmə səhnəsinin olmağını istədiyini bildirdi. Əslində, düşündüm ki "Səhnəni dünyadakı ən bahalı maşını sürərək edim?" Ancaq rejissor dedi ki, həmin maşınla o cür sürmək olmur. Dedim ki "Doğrudan?" və dedik ki, gəlin tam əksini edək, köhnə maşını çəkək. Mənə fərqi yoxdur, kvadrat künclü Grandeur sürəcəm. Başqa ölkələrdəki izləyicilər, nisbətən gənc izləyicilər, indiki gənclər o maşını tanımırlar. Ancaq, b
u maşın keçmişdə böyük var-dövlətin simvolu idi. Bugünkü dildə desək, Hyundai Motorsdan G90 kimi bir şeydir. Hətta ondan da artığı. Onlar başqa ölkələrdə Azera da adlanır. Nəysə, künclü Grandeur. Əsl rəngi o deyildi. Qara rəngli Grandeur idi. Ancaq onunla sürə bilməyəcəyimizi dedilər Biz də ona görə sarı-qızılı rəngli Grandeur aldıq və yenidən rənglədik. Yenidən təmir və boya işləri gördük. Bu da başqa gülməli hadisədir. və bu çox... Sarışım Agust D üçün dayanma səhnəsi var idi. Üzləşmə səhn
əsi çəkməli olduğumuz üçün qarşımda başqası olmasaydı çəkmək alınmazdı. və qarşımda dayanan rejissor Lumpen komandasının işçi heyətindən idi. Çoxlu səhnə arxası gülməli hadisələr oldu. Jung Kook və Seok Jinlə olan səhnələr və başqaları. Ümumilikdə çox maraqlı idi. Elə işin özü də. Bu mixtape-ə də aiddir. Klip çəkilişlərində hər şey yaxşı idi. Onlar hamısı əyləncəli olduğunu dedi. Hətta saç və makyaj işçiləri də bunun üçün reklam planımın olub-olmadığını soruşurdular. Deyirdilər ki, bununla
reklam işləri aparsaq əyləncəli olardı. Hər şey belə yaxşı idi. Qəssab mağazasındakı və cəllad olan incəsənət komandasından idi. Onun filmdə oynadığını, ya da əsas aktyor olduğunu eşitdim. Aktyorluqda o qədər yaxşı idi ki, təsirləndim. Bir çox diz çökənlər bizim rəqqaslar idi. Papaqlarını götürənə qədər kim olduqlarını bilmirdim. Papaq adlanır da, hə? Nəysə, hamısı mənə tanış gəlirdi. "Oh. Hamısını tanıyıram ki." Nəysə... Başqa nə var idi? Çoxlu zidd şey göstərmək istəyirəm. Bilirsiniz də, s
arışın Agust D eyni və qızıldan eyni və qızıl aksesuar taxırdı. Sağ qulağıma sadə sırğa taxırdım. Çünki yara izlərinin daha çox nəzərə çarpmasını istəyirdim. Yara izləri və sırğa arasındakı ziddiyət. Yara izləri olmasında çox təkid etdim. Əvvəlcə daha kəskin bir şey olmağını istədim. Uşaqlıqdan belə təsviri şeyləri xoşlayıram və profesional güləşi də sevirəm. Ona görə də belə hiyləli şeylərin vacib olduğunu bilirəm. və Bir şəxsin pərəstişkarı idim. Həmin ulduz şəxsləri izləyirdim. İzlədiyim ki
şi müğənni və idmançı var idi. və Bunu necə deyirsiniz? Həmin şəxslər haqqında hekayələr quraraq onlara heyran olurdum. Ssenaridə qılınc rəqsi var Bilirsiniz də, bu cür oynayıram və və biriylə üzləşirəm. Buna aid xoreoqrafiya var idi. Bəli Belə Ancaq rejissor bunu bəyənmədi və 2 günlük əziyyətim puç oldu. Acı hekayə idi Qılınc rəqsi düşündüyümdən də uzun idi Hələ də hərəkətləri xatırlayıram. Ancaq yaxşı göründüyüm yerləri göstərirlər. Nəysə, olanlar bunlar idi. Başqa nə var? Sarışın Agust D qı
zıl aksesuarlar taxdığı halda qara saçlı Agust D yalnız gümüş şeylər taxır. Digər bir ziddiyyət də, tarixi kəndlər olan yerə müasir maşının gəlməsi və mənim müasir geyimlər geyinməyim idi. Sizcə, bu gülməli deyil? Bu cür şəraitin ortasında müasir geyinən təkcə mənəm. Bu səhnənin biraz şişirdildiyini düşündüm. İlkin redaktə zamanı dedim ki "Sanki bu biraz yersizdir" Ancaq son redaktədən sonra yaxşı olduğunu düşündüm. Bu bir az da mənim arzum idi. Hətta "Byulwungum" adlanan qılınc, Chosun sülal
əsinin dövrünə aid 20-dən çox qılınca baxdım. və incəsənət komandasına "təkcə üçünü bəyəndim" dedim. Onlar da qılınclar arasından üçünü seçdi. Təkcə Koreya qılınclar haqda deyil, "Didon" haqda da çoxlu məlumatlar öyrəndim. Qılıncı qınından çıxararkən qılıncı sol əllə tutursan və sağ əlində qın tutmamalısan. "Didonu" tutmalısan. "Didon" idi? Bəlkə də, "Dondi" dir. Yox, məncə, "Didon" dur. Bilərəkdən Didonu olan qılınc seçdim. qılıncın əlindən sürüşməsini qoymur. Koreyanın Yaponiya tərəfindən işğa
lından sonra qılınc dəri və ya toxunma iplə tutulurdu. Həmin dövrdən əvvəlki dövr qılıncını seçdim. Əslində, namizədlər siyahısında 2 qılınc var idi. Bir qılıncı qılınc düzəldən məsləhət görmüşdü. Digər qılınc.. "Byulwungum" arasında idi. O, Koreya Ordu muzeyində saxlanılır. Yaşıldır... "Nopibyulwun" "Nopieuaang Byulwungum"un yenidən düzəldilmiş formasında qılınc var. Koreya Ordu Muzeyindədir. Nəysə, 2 qılıncdan birini seçdim. Yaşıl qılınc idi deyə... Düşündüm ki, qılıncın rəngi qara rənglə u
yğunlaşsa, maraqlı olar. Ancaq mənə "Chosun Byulwungum"u məsləhət gördülər. O, Suvon qalası tikilən zaman istifadə olunub. Həmin dövrdə istifadə olunub. Nəysə, həmin qılıncı seçdim. Qılınc rəqsi əyləncəli idi. çox... Klipi çəkəndə çox əyləndim. 2 gün ərzində çəkilməli idi və çəkiliş zamanı çox əyləndik. Hər şey qurtarandan sonra tək işim mixi əldə etmək olduğu üçün oyun oynayırdım. Rejissor gəldi və mənə dedi "Gəl, bir tur oynayaq" Dedim ki "Klipi redaktə etmirsiniz ki?" O da dedi "Qurtardı"
. Redaktə 2 gün apardı. çəkilişdən 2-3 gün sonra nəticə tez gəldi. Hətta klipi çəkəndə rejissor dedi ki, bu, ən yaxşı klip olacaq. Ona görə də, çox əyləndim. Üzərində işlədiyim çox işlər var. Səhnə paltarlarını da özüm seçdim Yara izini də təklif etdim. D-2 üzərində işləyərkən əyləndim. Danışa biləcəyim başqa nəsə var? Qoyun, bir neçə rəy oxuyum. Saat yarımdır buradayam. 1 milyon izləyici Produser Bangı kim çəkmişdi?" Onu deyəsən incəsənət komandası çəkmişdi. O səhnədə şəkli Jungkook açmalı idi
. Həmin gün alınmadı. Növbəti gün gələ bildi. Onu açmaq Jungkookun rolu idi. Ancaq həmin gün gələ bilmədi. Əvəzində Jinlə başqa səhnə yaradıldı. Bu səhnə yaradıldı. İzahımdan sonra mahnını dinləməyi sevirsiniz? Musiqinin mənasını izah etmədim. Səhnə arxası hadisələri danışdım. Musiqini izah etmədim, hə? Bunu eşitmək yaxşıdır. Hə, düzdür. Yeni giriş hissəsində əslində dron bu şəkildə gələcəkdi. və sonra "danq" edəcəkdi. Ancaq yağış yağdığına görə səhnələri bölməli olduq. və möhtəşəm alındı. "Üz
ün qırmızıdır" Düzünü desəm bura istidir. Ancaq kondisioneri açanda hava soyuyur. Qəribədir. "Musiqi bəstələmədiyin vaxtlarda nə edirsən?" Musiqi bəstələməyəndə sadəcə oturub istirahət edirəm. Kitab oxuyuram ya da oyun oynayıram. Çoxlu şey edirəm. Ancaq studiyamda qalıram. Ağlıma bir şey gələndə tez yazmağım üçün studiyada qalmalıyam. "Kofe maşını"nın bir hekayəsi var? Bilmirəm. Surpriz idi. Çəkilişdən sonra Küçə səhnəsindən sonra yemək yedik. Əslində yox. Necə idi? Məncə, ondan sonra bir s
əhnə də çəkdik. Həmin səhnədən sonra digər səhnəmiz oldu. Həmin səhnəni çəkdik və Yox əslində... Küçə səhnəsindən sonra yemək yedik. Həmin vaxt çox təsirlənmişdim. "JHope. Sən də klipdə olmalısan. Yaxşı da..." "Nə isə et. Klipdə sən də olmalısan" "Yox. Səni ruhlandırandan sonra gedəcəm" və kofe maşını var idi, çox təsirləndim. D-2-ə aid suallar oxuyacam. Artıq gecədir. Mən də yatmağa getməliyəm. "Niyə yorğun görünürsən?" Gördüyünüz kimi üzümdə makyaj var. Makyaj vurmaq bu gün nəsə etdiyim mənas
ına gəlir. Siz istirahət etdiyini düşünsəniz də, BTS heç vaxt dincəlmir. Məlumat üçün deyim mixtape üçün başqa klip olmayacaq. Yalnız 1 klip var. "Daechwita izləyəndən sonra Yoonjiyə çox oxşadığını başa düşdüm". Oh, yox. Yox. Qardaş-bacı olduğumuz üçün bir-birimizə oxşaya bilərik. "Peşəndən məmnunsan?" Bəli. Son vaxtlar peşəmdən məmnunam. Bir müddət musiqi bəstələməkdən bezdiyimi hiss etmişdim. Son günlərdə musiqini yenidən sevirəm. Bir dəfə musiqi bəstələyərkən çətin vaxtlar keçirirdim. Mus
iqini bir iş kimi düşünürdüm. Musiqi bəstələmək mənim peşəmdir. Ancaq bu məni düşünməyə vadar etdi. Çox insan düşünür ki, yaradıcı insanlar iztirab içində olmalı və peşəsini sevməlidir. Çox insanın düşündüyü budur. Bəzən etdiyin şeyi sevə bilərsən. Bəzən bunun sadəcə iş olduğunu düşünə bilərsən. İndi musiqini çox sevirəm. Son vaxtlar, musiqi yazmaq çox asandır. Son vaxtlar çoxlu musiqi bəstələmişəm. Demək olar ki, hər gün 1 mahnı yazıram. 9 milyon izləyicini keçdik. Qılınc rəqsinin bütöv vers
iyasını görmək istəyirsiniz? Redaktə olunduğu üçün yaxşı görünür. Ancaq əslində yaxşı rəqs etməmişəm. 2 fərqli çəkiliş oldu, çünki elə istədim. Saçımı asanlıqla arxaya edə biləcəyim bir saç stili istədim. Külək əsəndə saçımın içini görə bilərsiniz. "Sən yataqxanada deyilsən,hə? Yataqxanadayam. Yataqxanadakı otağımdayam. Yataqxanadakı otağımdır. Əgər görürsünüzsə burada Maltadan aldığım şey var. Bunu mənə hədiyyə veriblər. Maltadandır Jimin mənim üçün Maltadan alıb. Otağımda olan şey budur. "Ora
da olduğun üçün çox sağol" Musiqimə qulaq asdığınız üçün təşəkkür etməli olan mənəm. "D-1-dən sonra D-2-nin çıxması düşündünüz, hə?" Yox. Yox. Bunu bir gün çıxartmağı düşünürdüm. Amma ilk öncə mixtape-ləri çıxarırıq. RM-in mixtape və sonra mənimki... J-Hope-un mixtape və sonra RM-in mixtape. Növbə ilə çıxır. Və... Keçən dəfə də, bu dəfə də mixtape üçün 10 mahnı yayımladım. Mixtape yaratmaq çoxlu emosiya və enerji tələb edir. Belə... Birinicini çıxaranda... 2016-cı ildə mixtape çıxardıqda, ey
ni zamanda BTS albomu üzərində işləməli oldum. Enerjim yox idi. Həmçinin, "İlk sevgi" çox emosional bir mahnıdır. Çıxardıqdan sonra bir az yanmışdım. Ancaq mən bunun öhdəsindən gəldim və yenidən işlədim. "Yoonji haradadır?" Yoonji haradadır? O ... Çöldə oynayır. "Nənəmin ən çox sevdiyi mahnı " Burn it "dir." Nənəniz sərt mahnı sevir. Əla nənədir ki! Bəli, BT21 snowball-dur. Yanımda, yatağım var. "Niyə aktyorluq haqqında düşünmürsən?" Aktyorluq? Yaxşı ... Bilmirəm. Bunu yaxşı edə biləcəyimi bi
lmirəm. Oyunları yüksək qazanma nisbəti ilə oynamağı sevirəm. Bir mixtape hazırladıqdan sonra növbəti barədə düşünmürəm. Bu barədə düşünməyə gücüm yoxdur. Bilmirəm nə vaxt ... Ancaq növbəti MV haqqında çox fikir var. Fikirlərim çoxdur və onları qeydlərə yazıram. Bu fikirləri bir gün istifadə edə bilərəm. Sarışın Avqust D üçün başqa bir ad var. Onun digər adı qəzəbdir. Və sonunda silahdan atəş açıldı, elə deyil? Silah atmaq üçün gedəndə bir-birlərinə baxdılar. Gözlərini yummadan. Silahdan atəş a
çıldı. Amma onun ölüb-ölmədiyini bilmirəm. Güllə ondan yan keçmiş ola bilər. Qara saçlı Avqust D üçün başqa bir ad var. Növbəti mixtapedə sizə xəbər verəcəyəm. Yeni mixtapedə ən çox sevdiyim musiqi? Ən sevdiyim "Daechwita"dır. Hər kəs, "Daechwita" ya qulaq assın. Həmçinin teaser haqqında danışım. O gün bir az dəli idim. D-7-dən D-2-yə ... Gecə yarısı D-2-də ortaya çıxması lazım idi. Çox müzakirələrdən sonra bunu açıqlamamaq qərarına gəldik. Axşam saat 6-da açıqlamaqla bağlı qərar gəldi. Daha əy
ləncəli olacağını düşündüm. Demişdim ki, axşam saat 6-da açıqlayaq. Çünki albomun qapağı və D-2 sayğacındakı şəkil fərqlidir. Axşam saat 6-da açıqlamaq ilə razılaşdım. Lakin... Apple Music spoiler verdi.... Beləliklə, həqiqətən.... Niyə? Niyə? Bu mixtapedə niyə bu qədər çox eniş-yoxuş var? Samsung istifadə edək. Spotify istifadə edək. Samsung və Spotify bir şey edir. Koreyadan kənarda bir Samsung telefonu satın aldığınız zaman, Spotify artıq telefonda quraşdırılmışdır. Xahiş edirəm, Spotify-də
"Daechwita"ya qulaq asın. Çünki Spotify istifadə edirəm. Daha çox şərh oxuyacağam. Yuxusuzam? Bir az yatmışam. Düşündüm ki, "Daechwita" hazırladığım andan başlıq mahnısı olmalıdır. "Daechwita" dan başqa digər musiqiləri başlıq kimi düşünmədim. Odur ki, digər iki musiqi üçün MV-lər hazırlamaq barədə düşünmürdüm. Bu iki yol üçün klip hazırlasam necə olacağını təsəvvür edə bilmirəm. MV-nin asanlıqla düzəldilməsinin ən böyük səbəbi çəkərkən hamı əylənirdi. Rejissor və hər kəs əyləndi. Bir çox ins
an MV-nin bahalı olduğunu söylədi. Hesab edirlər ki, yüksək istehsal dəyəri olan bir MV-dır. Ancaq bunun dəyəri çox deyildi. Bu böyük bir miqyaslı MV-dir. Ancaq mövcud çəkiliş dəstindən istifadə etdik. Film çəkilişini etmədim. Təxminən 2 saat buradayam. "D-2 " çıxardığınız üçün təşəkkür edirəm. Mənə enerji verdi ” Çox sağ ol. Mixtape çıxardıqda enerji aldım. Mən ... Dünən oxuduğum kitablar arasında Ron Maraskonun "Kədər haqqında" adlı bir kitabı var. Ağrılara necə dözmək lazım olduğunu söyləyi
r. Deyir... Bir kafeyə gedin. Tez-tez ziyarət etdiyiniz bir yerə getməməyə çalışın. Oturun və ağrılı, dürüst sözləri yazın. Bitirdikdən sonra kağızı cırın və zibil qutusuna atın. Bu da belədir. Bu vaxta qədər nə etməli olduğunuzu tamamladınız. Hər şeyi sözlə ifadə edərdiniz. Yazmağı sevmirsinizsə, sözləri yüksək səslə söyləyə bilərsiniz. Tək. Şekspirin romanındakı əsas personaj kimi. kədərinizi daşlara tökdüyünüzdə daha yaxşı hiss edə bilərsiniz. Yeni bir kafeyə getmək və yazı yazmaq əvəzinə
musiqi edirəm. Bu mənə daha yaxşı təsəlli verir. Musiqi etdikdən sonra özümü daha rahat hiss edirəm. Əladır. Doğrudan əladır. Özümə olan hörmətim bu günlərdə maksimum səviyyədədir. Bura həqiqətən istidir. Tərləyirəm. Tərləmə. "Mənasını söylə" sualını cavablandıra bilmirəm. Hər şeyi bilirəm. Ancaq dəqiq izah edə bilmirəm. "Bu gün saat neçədə yatacaqsan?" Tezliklə yatacağam. Düzünü desəm, hələ 10 milyon izləyici görmək üçün buradayam. "Arıqlamısan"? Bəli. İdman edirdim. Topladım. Ancaq mixtape
hazırlayarkən bir az arıqladım. 67 kq idim. Pəhrizimə 67 kiloqramdan başladım. Çəkim 58 və ya 59 kq oldu. cəmi 2 - 3 həftə içində. "MV vizual əladır". Vizual olaraq həqiqətən çox çalışdıq. Ümumi əhval üzərində çox çalışdıq. MV-ni vizuallardan başladıq. MV-nin 2 sevimli səhnəsi var. Biri qarşıdurma səhnəsidir, digəri "Satgat" ı qaldırdığım səhnədir. (Ənənəvi bambuk papaq) Hər iki səhnə küçədə çəkildi. Səhnələr giriş rep hissəni lentə aldığımız zaman çəkildi. Rejissor və işıqlandırma direktoru "K
ingdom" dramından olan rejissorlardır. İşıqlandırma direktoru "Kingdom"-da satqın məmur kimi çıxış edib. Və elə alındı ki ... Film nə adlanırdı? "Öz Romantikası"? Hər halda, Gang Dongwonun məşhur çətir səhnəsini bilirsinizmi? İşıq direktoru o səhnəni ərsəyə gətirmişdi. Ona görə də..... llk dəfə idi ki, mənə çox işıq lövhəsi yaxınlaşdı. Satgat'ı qaldırmalı idim ... Bələdçi versiyasında "bəli", "woo" kimi hissələr var idi. Əvvəlcə mixtapedəki bu hissələrdən qurtulmağı planlaşdırırdım. Çəkiliş
hekayəsini aldığım zaman "bəli" və "woo"da üzümü qaldırmalı olduğumu söylədi. Və üzümdə yara izi olduğunda bunun təəccüblü olacağını düşündüm. Çünki üzün sağ tərəfi MV-nin ilk səhnəsində aydın görünmür. Ümid edirdim ki, yara izini ilk dəfə görəndə hər kəsi şoka salar. Samsung istifadə edək. Hər halda, "D-2" -də bütün dəstəyiniz üçün təşəkkür edirəm. Yaxşı.... Sizinlə uzun müddət danışdığımdan bir müddət keçib. Dəstək üçün çox təşəkkür edirəm. 10 milyon tamaşaçı görmək istəyirəm. 10 milyon
izləyiciyə çatanda tərk edəcəyəm. Paylaşa biləcəyim başqa bir şey varmı? Həm də ... Filmdə dəli olmalıydım. Bu ... bunu necə izah etməliyəm? İlk səhnədə rəqs etməliydim. Avtomobil səhnəsini çöldə çəkdik. Gizli şəkildə viski içdim ... Dəli Kral kimi davranmalı olduğum üçün. Tualetdə bir qurtum viski var idi. Makyajımı təzələyəndə, makyaj sənətçisi "Makgeoli iyini hiss edirsən?" dedi. Buna görə dedim ki, əslində bir az viski içdim. Ah, siz etdiz. 10 milyon izləyiciyə çatdıq. Təxminə 2 saat məni i
zlədiyiniz üçün təşəkkür edirəm. İndi duş qəbul edib yatmalıyam. Gecəniz xeyrə. Çox əyləndim. Hər kəsə təşəkkürlər. Agust D gedir. Sağ olun!

Comments